Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
AzVision.az “RBK-Ukrayna” telekanalına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram”-kanalında belə paylaşım edib. Ukrayna lideri bildirib ki, Kiyev artıq diplomatik işin növbəti mərhələsinə hazırlaşır. Konkret olaraq, yaxın vaxtlarda Avropada bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu, ölkənin müdafiəsini daha da gücləndirməli və münaqişəyə son qoymalıdır. “Ukrayna hər iki mümkün gələcək hadisələrə hazırlaşacaq: təmin etdiyimiz diplomatiya, ya da tərəfdaşlarımızın Rusiyaya təzyiqləri yetərsiz olarsa, fəal müdafiəni davam etdirəcək. Ukrayna sülhə can atır. Amma Ukrayna öz gücünü heç kimə təslim etməyəcək”, - Zelenski yazıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.