AZ

Bu bürclərin evliliyi risk altındadır

Hansı bürcdə dünyaya gəldiyimizin həyatımıza ciddi təsir göstərdiyinə inananların sayı az deyil. Bir çox insan qarşı tərəflə bağlı ilkin təsəvvürünü onun bürcünü öyrəndikdən sonra formalaşdırır. Hətta ailə quran və ya münasibət yaşayan cütlüklər arasında bürc uyğunluğunu əsas meyar kimi götürənlər də kifayət qədərdir.Sevgi və nigah astroloqu Cərullah Mustafaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, ailə daxili problemlərin, boşanmaların və qadın–kişi arasında yaşanan zorakılıq hallarının kökündə çox vaxt bürc uyğunsuzluğu dayanır. Onun sözlərinə görə, sağlam münasibət üçün tərəflər arasında harmoniya mütləq qorunmalıdır: “Ən sadə xarakter və bürc uyğunsuzluğu belə yüzlərlə, minlərlə ailənin dağılmasına səbəb olub. Ona görə də diqqət yetirilməlidir ki, tərəflərin bürclərinin aid olduğu ünsürlər bir-birini tamamlasın”.Astroloq əlavə edib ki, gənclər ailə quracağı şəxsi seçərkən yalnız maddi vəziyyətə deyil, bürc uyğunluğuna da ciddi yanaşmalıdırlar:“Sevgi, əslində, xasiyyətlərin və bürclərin uyğunluğundan yaranır. Uyğunluq olmayan yerdə münasibət uzunömürlü olmur. İnsanlar münasibətə başlamazdan əvvəl qarşılarındakı şəxsin bürcünü mütləq öyrənməli və onu düzgün analiz etməlidirlər. Bu, onların evliliyinə, ailədaxili münasibətlərinin möhkəmliyinə birbaşa təsir edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
80
50
metbuat.az

10Mənbələr