AZ

Yaşlanan immun hüceyrələr yeni xəstəlik mexanizmiAÇIR

Alimlər immun sisteminin yaşlanması ilə bağlı yeni və narahatedici mexanizm aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, ABŞ-nin Minnesota Universitetində aparılan araşdırmaya görə, yaş artdıqca bəzi immun hüceyrələri öz DNT strukturlarını dəyişərək uzunmüddətli iltihabi vəziyyətdə qalmağa başlayır.

Tədqiqatçılar bildirirlər ki, bu proses nəticəsində immun hüceyrələri normal müdafiə funksiyasını itirir, orqanizmdə xroniki iltihab yaranır və infeksiyalara qarşı cavab zəifləyir. Mütəxəssislərin sözlərinə görə, bu mexanizm yaşlı insanlarda infeksiyaların daha ağır keçməsinin və bəzi xroniki xəstəliklərin artmasının əsas səbəblərindən biri ola bilər.

Araşdırma zamanı müəyyən edilib ki, sözügedən dəyişikliklər immun hüceyrələrinin “daimi aktiv” vəziyyətdə qalmasına səbəb olur. Bu isə bədənin öz toxumalarına zərər verməsi riskini artırır və autoimmun pozuntuların yaranmasına şərait yarada bilər.

Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə yaşlanmaya bağlı immun zəifləmənin qarşısını almaq üçün yeni dərman hədəflərinin müəyyənləşdirilməsinə imkan yarada bilər. Araşdırma immun sisteminin tənzimlənməsi sahəsində yeni müalicə yanaşmalarının inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.

Xədicə BAXIŞLI

Seçilən
76
10
redaktor.az

10Mənbələr