AZ

Peşəkar idmançılar üçün həyəcan vacibdir Dadaşbəyli

ain.az, Axar.az saytına istinadən bildirir.

Yarış öncəsi həyəcan bütün idmançılarda olduğu kimi, məndə də olur. Əslində, peşəkar idmançılar üçün həyəcan vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı ağırlıqqaldıran Dadaş Dadaşbəyli Axar TV-yə geniş müsahibəsində deyib.

“Adrenalin səviyyəsinin artması bizim üçün daha faydalıdır. Orta nəslin idmançıları gənc idmançılarla müqayisədə həyəcanın öhdəsindən daha yaxşı gəlməyi bacarırlar. Təbii ki, burada təcrübə öz sözünü deyir.

İdman karyeram ərzində belə bir hal yaşamamışdım. Son yarışım - İslam Həmrəyliyi Oyunlarında isə həyəcanım daha çox idi. Bunun səbəbi, yəqin ki, yarışdan əvvəl aldığım və hələ də tam bərpa olunmayan travmalar idi. Buna görə də daha çox həyəcan keçirirdim: görəsən, bu işin öhdəsindən gələ biləcəyəmmi?”

Daha ətraflı videoda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
50
axar.az

10Mənbələr