AZ

Veteran voleybolçu: “Azərbaycanda idmana, idmançılara hər zaman böyük diqqət və qayğı göstərilir”

“İlk dəfə Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü kimi “İlin yekunları” tədbirində iştirak edirdim”.

Bu sözləri veteran voleybolçu Alla Həsənova Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim barədə danışarkən deyib.

O, sözlərinə belə davam edib.

“Tədbirin sonunda xatirə şəkli çəkdirildikdən sonra dövlətimizin başçısının adımı çəkərək məni soruşması son dərəcə gözlənilməz və qürurverici an oldu. Həmin an Ulu Öndər Heydər Əliyevlə olan görüşümüz yadıma düşdü. Ölkəmizdə idmana, idmançılara hər zaman böyük diqqət və qayğı göstərilir. Ənənə bu gün də uğurla davam etdirilir. Həmin tədbirdə bir daha bunun şahidi olduq. Tədbir çərçivəsində idmançılara və idman ailəsinin üzvlərinə fəxri adlar və mənzillər təqdim olundu. Bu da artıq bir ənənəyə çevrilib və hər ilin sonunda mötəbər tədbir təşkil olunur. İnanıram ki, Prezident İlham Əliyevin idmana göstərdiyi bu diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız beynəlxalq yarışlarda daha uğurla çıxış edəcək, Azərbaycan bayrağını daim ən yüksək zirvələrdə dalğalandıracaqlar”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

İdman.Biz
Seçilən
33
33
idman.biz

10Mənbələr