AZ

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Qarşıdan gələn günlərdə gözlənilən sərnişin axınının artması vəsəyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq, 29dekabr – 5 yanvar tarixlərində Heydər Əliyev BeynəlxalqAeroportunda sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz,təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədiləgücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu dövrdə hava limanının bütün əsas xidmət strukturlarıgücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilikqrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirlərigenişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi vəəməliyyat proseslərinin operativliyi artırılacaq.

Sərnişinlərə uçuşdan ən azı 2 saat əvvəl havalimanına gəlmələri, müəyyən edilmiş qaydalara əməl etmələri və havalimanı əməkdaşlarının göstərişlərinə riayət etmələri tövsiyəolunur. Bu, bütün prosedurların rahat və vaxtında tamamlanmasınaşərait yaradacaq.

Sərnişinlərin hava limanına rahat və vaxtında çatmalarını təminetmək məqsədilə “Aeroexpress” xidmətindən istifadətövsiyə edilir. Avtobuslar hər 15 dəqiqədən bir“28 May” m/s – “Koroğlu” m/s – Hava limanımarşrutu üzrə hərəkət göstərir.

Eyni zamanda, vaxt itkisinin qarşısını almaq və qeydiyyatprosesini sürətləndirmək üçün sərnişinlərə uçuşdan əvvəlonlayn qeydiyyatdan istifadə etmələri tövsiyəolunur.

Sərnişinlər səyahət öncəsi və səyahət zamanı yaranan suallarlabağlı rəsmi internet saytı və məlumat xidmətləri vasitəsiləoperativ və aktual məlumat əldə edə bilərlər.

Əlaqə və əlavə məlumat üçün:

Rəsmi internet saytı: https://www.airport.az/az/

Məlumat xidməti: +994 12 497 27 27

Seçilən
101
21
az.trend.az

10Mənbələr