AZ

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  

Qarşıdakı günlərdə gözlənilən sərnişin axını səbəbilə 29 dekabr-5 yanvar tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək.

Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq.

“Sərnişinlərə uçuşdan ən azı 2 saat əvvəl hava limanına gəlmələri, müəyyən edilmiş qaydalara əməl etmələri və hava limanı əməkdaşlarının göstərişlərinə riayət etmələri tövsiyə olunur. Bu, bütün prosedurların rahat və vaxtında tamamlanmasına şərait yaradacaq. Sərnişinlərin hava limanına rahat və vaxtında çatmalarını təmin etmək məqsədilə “Aeroexpress” xidmətindən istifadə tövsiyə edilir. Avtobuslar hər 15 dəqiqədən bir “28 May” m/s – “Koroğlu” m/s – Hava limanı marşrutu üzrə hərəkət göstərir. Eyni zamanda, vaxt itkisinin qarşısını almaq və qeydiyyat prosesini sürətləndirmək üçün sərnişinlərə uçuşdan əvvəl onlayn qeydiyyatdan istifadə etmələri tövsiyə olunur”, - deyə hava limanının yaydığı məlumatda bildirilir.

Seçilən
28
21
azerbaijan-news.az

10Mənbələr