AZ

Zelenski: Trampın Ukrayna nümayəndə heyəti ilə növbəti görüşü yanvar ayında keçiriləcək

Prezident Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün qarşıdakı həftələrdə görüşəcəklər. Prezident Trampla razılığa gəldik ki, o, bizi, ehtimal ki, Vaşinqtonda, yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə qəbul edəcək", - Zelenski bildirib.

Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün gələn həftə baş tutacağını bildirib.

"Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşsünlər", - o yazıb.

Seçilən
35
3
apa.az

9Mənbələr