AZ

Dünyanın diqqətlə izlədiyi görüş baş tutdu

ABŞ Prezidenti Donald Tramp və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş olub.

KONKRET.az xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlar Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilib.

D.Tramp və V.Zelenski arasında müzakirələr iki saatdan çox sürüb. Daha sonra onlar və Avropa liderləri arasında videokonfrans vasitəsilə görüş olub.

Görüşdən sonra D.Tramp və V.Zelenski mətbuat konfransı keçirib. Birləşmiş Ştatlar lideri Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib:

“Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsinə toxunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir.

“Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Yeri gələndə belə bir görüş olacaq”, – Tramp əlavə edib.

O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.

Seçilən
21
1
konkret.az

9Mənbələr