Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.
Bizim.Media xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.
Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Nəticədə 38 nəfər dünyasını dəyişib, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb. İlkin istintaq nəticələrinə əsasən, təyyarənin Rusiyaya məxsus Pantsir-S1 HHM sistemi tərəfindən hücuma məruz qaldığı məlum olub.
















Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta