AZ

AZAL təyyarə qəzasından bir il keçir

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.

Doğru.az xəbər verir ki, faciənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin – Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.

Ziyarət zamanı həlak olan ekipaj üzvlərinin məzarları önünə əklillər qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Anım mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
dogru.az

9Mənbələr