AZ

Təyyarə qəzasının ildönümü ilə bağlı Milli Qəhrəmanların məzarları ziyarət edildi


Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.

Hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.

Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

Seçilən
21
5
baki-xeber.com

9Mənbələr