BAKI, 24 dekabr. TELEQRAF
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar.
Teleqraf-ın xəbərinə görə, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsindəprotokol tərtib edilib vəbaxılması üçün məhkəməyə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.