AZ

Zərdabda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Zərdab rayonunda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıb. Onlardan müxtəlif növ pirotexniki və tezalışan vasitələr götürülüb.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Tədbirlər davam etdirilir.

Seçilən
23
6
anews.az

10Mənbələr