Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.
Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.