AZ

Azərbaycanda da insan orqanı alıb-satan ukraynalı qadın Qazaxıstana ekstradisiya edildi

İnsan orqanlarının qanunsuz alqı-satqısında ittiham olunan Ukrayna vətəndaşı Polşadan Qazaxıstana təhvil verilib.

Milli.Az xəbər verir ki, Qazaxıstan KİV-inin yaydığı xəbərə görə, sözügedən qadın 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvarınadək qara bazar üçün müxtəlif ölkələrdə qeyri-qanuni yollarla insan böyrəklərinin alınmasında iştirak edib.

İstintaq materiallarında Qazaxıstanla yanaşı, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanın da adı çəkilir.

Bildirilib ki, Ukrayna vətəndaşı təxminən 5 il ərzində beynəlxalq axtarışda olub və bu müddət ərzində hüquq-mühafizə orqanlarından yayınıb. O, yaxın vaxtlarda Polşada təsadüf nəticəsində saxlanılıb.

Qazaxıstan məhkəməsi 35 yaşlı qadın barəsində qiyabi hökm çıxararaq onu 12 il müddətinə azadlıqdan məhrum edib.

Kənan
Milli.Az

Seçilən
38
2
milli.az

3Mənbələr