AZ

Azərbaycanda da insan orqanı alıb-satan ukraynalı qadın Qazaxıstana ekstradisiya edildi

İnsan orqanlarının qanunsuz alqı-satqısında ittiham olunan Ukrayna vətəndaşı Polşadan Qazaxıstana təhvil verilib.

Olaylar.az xəbər verir ki, Qazaxıstan KİV-inin yaydığı xəbərə görə, sözügedən qadın 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvarınadək qara bazar üçün müxtəlif ölkələrdə qeyri-qanuni yollarla insan böyrəklərinin alınmasında iştirak edib.

İstintaq materiallarında Qazaxıstanla yanaşı, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanın da adı çəkilir.

Bildirilib ki, Ukrayna vətəndaşı təxminən 5 il ərzində beynəlxalq axtarışda olub və bu müddət ərzində hüquq-mühafizə orqanlarından yayınıb. O, yaxın vaxtlarda Polşada təsadüf nəticəsində saxlanılıb.

Qazaxıstan məhkəməsi 35 yaşlı qadın barəsində qiyabi hökm çıxararaq onu 12 il müddətinə azadlıqdan məhrum edib. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
2
olaylar.az

3Mənbələr