AZ

İrlandiya Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan İrlandiyayabitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarınınixracı 524,9 min ton təşkil edib. İxracın dəyəri isə 267,8 milyonABŞ dolları olub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü iləmüqayisədə 157,4 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımındanisə 350,6 min ton və ya 3 dəfə çoxdur.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan İrlandiyaya 174,3 minton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixracolunub, ixracın dəyəri 110,4 milyon ABŞ dolları təşkil edib.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb..

Məqalədə:
Seçilən
67
7
az.trend.az

10Mənbələr