AZ

Azərbaycan Niderlanda neft ixracını iki dəfə artırıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Niderlanda 182,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 360,7 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Day.Az bu haqda Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımından isə 191,7 min ton və ya 2,1 dəfə çoxdur.

 

2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan Niderlanda 106,8 milyon ABŞ dolları dəyərində 169 min ton neft və neft məhsulları ixrac olunub.

Onu da qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Seçilən
17
10
day.az

10Mənbələr