Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Niderlanda 182,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 360,7min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Trend bu haqdaDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımındanisə 191,7 min ton və ya 2,1 dəfə çoxdur.
2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan Niderlanda 106,8milyon ABŞ dolları dəyərində 169 min ton neft və neft məhsullarıixrac olunub.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.