İtaliyalı hücumçu Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
35 yaşlı futbolçuya maraq göstərən klub “Əl-İttifaq”dır.
“Əl-İttifaq” tanınmış forvarda 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.
Mario Balotelli cari ilin yayından etibarən azad agent statusundadır. İtaliyalı futbolçu indiyədək son komandası olan “Cenoa”nın formasını ötən ilin oktyabr ayından etibarən geyinib.
“Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatında 9 turdan sonra topladığı 12 xalla turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.