AZ

Balotelli ərəb klubuna keçə bilər

style='margin-bottom:10px;'>

Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.

O, italiyalı hücumçu ilə “Əl-İttifaq"ın maraqlandığını bildirib.

Klub 35 yaşlı forvarda müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.

Balotelli bu ilin yayından etibarən azad agent statusundadır. Onun son klubu “Cenoa” olub.

“Əl-İttifaq” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 9 turdan sonra topladığı 12 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
15
1
teleqraf.com

4Mənbələr