AZ

Balotelli ərəb klubuna keçə bilər

ain.az bildirir, Qol.az portalına istinadən.

Balotelli ərəb klubuna keçə bilər

Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb. O, italiyalı hücumçu ilə “Əl-İttifaq"ın maraqlandığını bildirib.

Klub 35 yaşlı forvarda müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.

Balotelli bu ilin yayından etibarən azad agent statusundadır. Onun son klubu “Cenoa” olub.

“Əl-İttifaq” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 9 turdan sonra topladığı 12 xalla 9-cu pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
qol.az

4Mənbələr