Bakı. Trend:
İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsində “Arsenal”və “Kristal Palas” komandaları üz-üzə gəlib.
Trend xəbər verirki, Londondakı “Emirates” stadionunda keçirilən oyunun əsas vəəlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalib penaltilər seriyasında müəyyənləşib və “Arsenal” 8:7hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.
“Topçular” yarımfinal mərhələsində “Çelsi” ilə qarşılaşacaq.Digər yarımfinal oyununda isə “Nyukasl Yunayted” və “MançesterSiti” üz-üzə gələcək. Yarımfinalın ilk oyunlarının 12 yanvarhəftəsində keçirilməsi planlaşdırılır.