AZ

“Arsenal” İngiltərə Liqa Kubokunun yarımfinalında

“Emirates” stadionunda keçirilən İngiltərə Liqa Kubokunun ¼ final oyunu “Arsenal” və “Kristal Palas” arasında başa çatıb.

Msport.az xəbər verir ki, əsas vaxt 1:1 hesabı ilə başa çatıb və “Arsenal” penaltilər seriyasında 8:7 hesabı ilə qalib gəlib.

“Arsenal” yarımfinalda “Çelsi” ilə, “Nyukasl” və “Mançester Siti” isə digər oyunda qarşılaşacaq. Yarımfinalın ilk oyunları 12 yanvarda, cavab oyunları isə 2 fevralda keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi “Nyukasl”dır.

Seçilən
15
4
msport.az

9Mənbələr