İraq İrandan təbii qaz axınının tamamilə dayandırıldığını açıqladı
İraq Elektrik Nazirliyi İranın İraqa təbii qaz nəqlini tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA, İraq Elektrik Nazirliyinə istinadən, İrandan təbii qaz təchizatının tamamilə dayandığını bildirdi.
Qeyd edilib ki, buna görə də İraqın elektrik sistemi 4000 ilə 4500 meqavat arasında itki ilə üzləşib.İraq Elektrik Enerjisi Nazirliyi, Neft Nazirliyi ilə koordinasiyalı şəkildə, elektrik stansiyalarının yerli istehsal olan alternativ yanacaqlarla təchizatını da təmin edib və istehsalın nəzarət altında olduğunu bildirib.
İraq elektrik enerjisi istehsalı üçün təbii qazdan çox asılıdır. Ölkədə istehsal olunan elektrik enerjisinin təxminən üçdə biri İrandan idxal edilən təbii qazdan istifadə edən elektrik stansiyalarından gəlir.
aia.az
Tərcümə şöbəsi