AZ

İrandan İraqa qaz tədarükü dayandırılıb

İraqın Elektrik Enerjisi Nazirliyi qonşu İrandan təbii qaz təchizatının tamamilə dayandırıldığını bildirib.Bu barədə yerli KİV məlumat verir.

"İran qazının təchizatı tamamilə dayandırılıb", - nazirliyin mətbuat katibi Əhməd Musa bildirib.

Məlumata görə, buna səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyət olub və Tehran bu barədə Bağdadı rəsmi qaydada məlumatlandırıb.

Əhməd Musa əlavə edib ki, İraq Elektrik Enerjisi Nazirliyi yerli alternativ yanacaqdan istifadəyə keçib.

İran qazı İraqın tələbatının 30-40 %-ni ödəyirdi.

Seçilən
32
32
anews.az

10Mənbələr