ain.az, Bakupost portalına istinadən məlumat yayır.
İraqın Elektrik Enerjisi Nazirliyi qonşu İrandan təbii qaz tədarükünün tam dayandırıldığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Əhməd Musa bildirib.
“İran qazının tədarükü tamamilə dayandırılıb”,- o qeyd edib.
Məlumata görə, tədarükün dayandırılmasına səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyətdir və Tehran bu barədə Bağdadı rəsmi şəkildə məlumatlandırıb. Nazirliyin açıqlamasında deyilir:
“İran tərəfi Elektrik Enerjisi Nazirliyinə teleqram göndərərək, gözlənilməz hallar səbəbindən qaz tədarükünün tam dayandırıldığını xəbər verib”.
Əhməd Musa əlavə edib ki, İraq bu vəziyyətlə bağlı yerli alternativ yanacaqdan istifadə etməyə başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.