AZ

"Qalatasaray" İkardi ilə bağlı qərar verdi

Türkiyənin "Qalatasaray" komandası ulduz futbolçusu Mauro İkardi ilə bağlı qərarını verib.

"Unikal" xəbər verir ki, klub rəhbərliyi argentinalı hücumçu ilə görüşərək illik 6-7 milyon avro məbləğində yeni müqavilə şərtlərini müzakirə etməyə hazırlaşır.

Təcrübəli forvarda 1+1 illik sözləşmə təklif olunduğu və futbolçunun bunu müsbət qarşıladığı bildirilib.

Xatırladaq ki, tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.

Seçilən
63
3
unikal.az

6Mənbələr