AZ

"Qalatasaray" Mauro İkardi ilə bağlı qərarını verib

Bakı, 23 dekabr, AZƏRTAC

Türkiyənin "Qalatasaray" komandası ulduz futbolçusu Mauro İkardi ilə bağlı qərarını verib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı hücumçu ilə görüşərək illik 6-7 milyon avro məbləğində yeni müqavilə şərtlərini müzakirə etməyə hazırlaşır.

Təcrübəli forvarda 1+1 illik sözləşmə təklif olunduğu və futbolçunun bunu müsbət qarşıladığı bildirilib.

Xatırladaq ki, tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.

Seçilən
57
3
azertag.az

6Mənbələr