Yazını böyüt
Yazını kiçilt
Türkiyənin "Qalatasaray" komandası ulduz futbolçusu Mauro İkardi ilə bağlı qərarını verib.
Hafta.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı hücumçu ilə görüşərək illik 6-7 milyon avro məbləğində yeni müqavilə şərtlərini müzakirə etməyə hazırlaşır.
Təcrübəli forvarda 1+1 illik sözləşmə təklif olunduğu və futbolçunun bunu müsbət qarşıladığı bildirilib.
Xatırladaq ki, tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.