AZ

Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Trend-in yerlibürosunun xəbərinə görə, Ağdərə rayonunun Vəngli və Kolatağkəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinənövbəti köç karvanları yola salınıb.

Soğma yurda qayıdan sakinlər respublikanın müxtəlifbölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə AğdərəVəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badarakəndinə isə 15 ailə - 66 nəfər köçürülüb.

Xocalı rayonu Badara, Daşbulaq, Ağdərə rayonunun Vəngli, Kolatağkəndlərinə qayıdan ailələr Ağdam rayonundan yola salınıblar.

Qeyd edək ki, bununlada Xocalı rayonu Badara kəndinə ümumilikdə28 ailə (220 nəfər), Daşbulaq kəndinə 34 ailə (133 nəfər), Ağdərərayonu Vəngli kəndinə 124 ailə (482 nəfər), Kolatağ kəndinə 33 ailə(120 nəfər) daimi qayıdışı təmin edilib.

Seçilən
48
13
az.trend.az

10Mənbələr