Növbəti köç karvanları Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu köçlə Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin edilib.
*** 13:25
Növbəti köç karvanları Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülüb.
*** 12:38
Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin ediləcək.