AZ

Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər qayıtdı – FOTOLAR

Uzun illərdən sonra doğma torpaqlara qayıdış prosesi davam edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, növbəti köç Xocalının və Ağdərənin kəndlərinə oldu. 

Bildirilir ki, dekabrın 22-də Xocalının Badara kəndinə 66 nəfərdən ibarət 15 ailə, Daşbulaq kəndinə 11 nəfərdən ibarət 4 ailə, Ağdərənin Həsənriz kəndinə 54, Kolatağ kəndinə 31, Vəngli kəndinə isə 14 nəfər qayıdıb.

Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara açarları təqdim edib. 

O bildirib ki, bu gün təqdim olunan açarlar, təkcə evlərin deyil, illərdir gözlənilən qayıdışın rəmzidir:

"Qayıdış, həm də tarixi ədalətin bərpasıdır".

Onun sözlərinə görə, dövlət bütün imkanları ilə sakinlərin yanındadır və bu torpaqlarda rahat, təhlükəsiz yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb:

“Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir”.

"Cebheinfo.az"

Seçilən
51
9
cebheinfo.az

10Mənbələr