AZ

"Fənərbaxça" 3 xalı 3 qolla qazandı, liderliyə yüksəldi - VİDEO

Türkiyə Super Liqasında XVII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, səfərdə "Eyüpspor"un qonağı olan "Fənərbaxça" 3:0 hesablı qələbə qazanıb.

"Fənərbaxça" xallarının sayını 39-a çatdıraraq "Qalatasaray"dan 1 oyun çox keçirməklə liderliyə yüksəlib. "Eyüpspor" isə 13 xalla 17-ci pillədə qərarlaşıb.

"Eyüpspor" - "Fənərbaxça" 0:3

Qollar: Taliska, 27, M.Asensio, 34, C.Duran, 75

Seçilən
60
5
sportinfo.az

10Mənbələr