"Neftçi" Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Karvan-Yevlax”la matçın hazırlığını yekunlaşdırıb.
Sportinfo.az xəbər verir ki, komandanın üzvləri “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlıq prosesindən sonra Yevlaxa yola düşüb.
Dekabrın 20-də Yevlax şəhər stadionunda keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” oyunu saat 14:00-da başlanacaq.