Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan 590 milyonABŞ dolları dəyərində 1,3 milyon ton bitumlu süxurlardan alınmışxam neft və xam neft məhsulları idxal edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 187,3 milyon ABŞ dolları və ya 24,1%, həcm baxımındanisə 148,4 min ton və ya 10,5% azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycan 3 ölkədən – Rusiya,Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyonton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıidxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından219 min ton və yaxud 13,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarındaAzərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7milyon ton xam neft və neft məhsulları ixrac edilib.