AZ

Azərbaycan İraqdan 163 min dollarlıq xam neft alıb

Bakı. Trend:

Bu ilin iyun ayından başlayaraq oktyabr ayınadək Azərbaycanİraqdan 163 min ABŞ dolları dəyərində 439,7 ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları idxal edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, Azərbaycan İraqdan idxal edilən neftin bir tonu üçün370 dollar ödəyib.

Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 3ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dollarıdəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft vəxam neft məhsulları idxal edib. Bu isə ötən ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%,həcm baxımından 219 min ton və yaxud 13,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarındaAzərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məqalədə:
Seçilən
80
4
az.trend.az

5Mənbələr