AZ

Azərbaycan Qazaxıstandan xam neft idxalını 3 dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Qazaxıstandan 58milyon ABŞ dolları dəyərində 105,4 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları idxal edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 35,2 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımındanisə 70,8 min ton və ya 3 dəfə çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 3 ölkədən – Rusiya,Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyonton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıidxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından219 min ton və yaxud 13,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarındaAzərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məqalədə:
Seçilən
57
4
az.trend.az

5Mənbələr