Bu gün Misli Premyer Liqasında 16-cı tura start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
"Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"u qəbul edəcək. Saat 14:00-da başlayacaq qərb derbisi FİFA referisi Kamal Umudluya həvalə olunub.
Bu komandaların ilk dövrənin 6-cı turunda keçirilən oyununda "Turan Tovuz" 3 cavabsız qolla qalib gəlib.
19 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu
20 dekabr (şənbə)
14:00. “Karvan-Yevlax” – “Neftçi”
16:30. “Zirə” – “İmişli”
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”
