AZ

Yüksək Liqa: “Gəncə” UNEC üzərində qələbəyə sevindi – ARENA.AZ

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. UNEC voleybol komandasının idman zalında baş tutmuş görüş gərgin və maraqlı mübarizə şəraitində keçib. Qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Yekunda qonaq komanda “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 7-ci turun ilk oyununda “Azərreyl” “Murov”la görüşdə 3:0 hesablı qələbəyə sevinmişdi. Turun növbəti oyunu sabah “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

Yüksək Liqa (qadınlar)
7-ci tur
18 dekabr

“UNEC” – “Gəncə” 2:3 (25:18, 25:14, 22:25, 23:25, 7:15)

Seçilən
29
26
arena.az

10Mənbələr