AZ

Tahir İmanov: “Ok”, “Vau”, “koroçe”, “uje” sözümə görə cərimə olunacaqsınız, amma ağzınıza gələni danışsanız, yox...”

Əməkdar Artist Tahir İmanov ironik videosu ilə diqqət çəkib.

 

Pravda.az xəbər verir ki, T.İmanov aparıcıların cərimə olunacağı ilə bağlı xəbərdarlığa çəkdiyi video vasitəsilə münasibət bildirib: “Televiziyada yeni cərimələr tətbiq edilib. Beləliklə televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vau” sözünə görə 500 manat, “Koroçe” sözünə görə 500 manat cərimə, gördüyünüz kimi mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm “uje” dedim,  2000 min manatlıq cərimə etmişəm. Amma televiziyamızda ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”.

 

Qeyd: Audiovizual Şura aparıcıların da daxil olduğu media nümayəndələrinin dil qaydalarının pozulmasına görə cərimə tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Şuranın sədri İsmət Səttarov qeyd edib ki, televiziya aparıcılarının və geniş yayım subyektlərinin proqramlarında Azərbaycan dilinin düzgün istifadə olunmaması, əcnəbi sözlərin artıq dərəcədə işlədilməsi kimi hallar davam edərsə, 1000 manata qədər cərimələr tətbiq ediləcək.

 

Şəhanə Quliyeva

Tarix: 17 Dekabr 2025, 14:33   
Seçilən
84
50
pravda.az

10Mənbələr