AZ

“FIFA The Best 2025” mükafatına namizədlərlər açıqlandı

2025-ci ilin “The Best FIFA Football Awards” mərasimi bu gün Dohada keçiriləcək.

Msport.az xəbər verir ki, mükafata on bir futbolçu namizəd göstərilib.

Tam siyahı belədir: Koul Palmer (“Çelsi”), Pedri (“Barselona”), Usman Dembele (PSJ), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Nunu Mendeş (PSJ), Əşrəf Hakimi (PSJ), Məhəmməd Salah (“Liverpul”), Kilian Mbappe (“Real”), Rafinya (“Barselona”).

PSJ hücumçusu Usman Dembele daha əvvəl 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb. Ötən mövsüm o, Fransa liqasını, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb. Bundan əlavə, oyunçu parislilərin heyətində Klublararası Dünya Kubokunun finalına yüksəlib.

Seçilən
42
23
msport.az

10Mənbələr