Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2025-ci ilin FIFA “İlin ən yaxşı oyunçusu” mükafatına namizədləri açıqlayıb.
Namizədlər bunlardır: Usman Dembele (PSJ), Aşraf Hakimi (PSJ), Harri Keyn (Bayern Münhen), Kilian Mbappe (Real Madrid), Nuno Mendeş (PSJ), Koul Palmer (Çelsi), Pedri (Barselona), Rafinya (Barselona), Məhəmməd Salah (Liverpul), Vitinya (PSJ) və Lamin Yamal (Barselona).
2025-ci ilin FIFA mükafatlandırma mərasimi 16 dekabrda Dohada keçiriləcək.
Xatırladaq ki, Real Madridin braziliyalı hücumçusu Vinisius Junior 2024-cü ilin “ilin ən yaxşı oyunçusu” seçilib.