BAKI, 16 dekabr. TELEQRAF
FIFA-nın “The Best” mükafatının qalibi rəsmən açıqlanıb.
Teıeqraf xəbər verir ki, 2025-cü ilin ən yaxşı futbolçusu adına PSJ və Fransa millisinin hücumçusu Usman Dembele layiq görülüb.
Ötən mövsüm Dembele PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və Super Kubokunu, eləcə də UEFA Çempionlar Liqası kubokunu qazanıb. O, həmçinin Fransa nəhəngi ilə FIFA Klublararası Dünya Çempionatının finalına yüksəlib.
Dembele 2025-ci il "Qızıl top" mükafatının da qalibidir.