AZ

“FIFA The Best 2025” mükafatına namizədlərin siyahısı açıqlanıb

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ilin “The Best FIFA Football Awards” mərasimi 16 dekabr çərşənbə axşamı Dohada keçiriləcək.

İdman.Biz bildirir ki, mükafata on bir futbolçu namizəd göstərilib.

Tam siyahı belədir: Koul Palmer (Çelsi), Pedri (Barselona), Usman Dembele (PSJ), Vitinya (PSJ), Lamin Yamal (Barselona), Harri Keyn (Bavariya), Nunu Mendeş (PSJ), Əşrəf Hakimi (PSJ), Məhəmməd Salah (Liverpul), Kilian Mbappe (Real Madrid) və Rafinya Rafael Dias Belloli (Barselona).

PSJ hücumçusu Usman Dembele daha əvvəl 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb. Ötən mövsüm o, Fransa liqasını, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb. Bundan əlavə, oyunçu parislilərin heyətində Klublararası Dünya Kubokunun finalına yüksəlib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
1
icma.az

10Mənbələr