AZ

“Barselona”nın qapıçısı “Beşiktaş”ın hədəfində

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubdan ayrıla bilər.

İdmanxeber.az istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə “Beşiktaş” maraqlanır və İstanbul klubu onun icarəsi üçün Kataloniya təmsilçisinə təklif göndərib.

Lakin ter Ştegen La Liqanı daha aşağı səviyyəli çempionatla dəyişmək istəmir.

Qeyd edək ki, almaniyalı qapıçı 2014-cü ildən “Barselona”da çıxış edir və onun klubla müqaviləsi 2027/28 mövsümünün sonuna qədər qüvvədədir.

Seçilən
133
50
idmanxeber.az

10Mənbələr