AZ

Suraxanıda evləri çirkab suları basıb: "İdarədən deyirlər ki, maşınımız YOXDUR" - VİDEO

Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 164E ünvanında kanalizasiya xətti tutulduğu üçün fərdi yaşayış evlərinə çirkab suları yığılıb. Bununla bağlı Oxu.Az-a sakinlər müraciət ediblər.

 

Onların sözlərinə görə, problem dünəndən müşahidə edilir:

 

"Evlərin çoxunda bu vəziyyətdir. Suraxanı Sukanal İdarəsindən zənglərimizə cavab olaraq bildirilir ki, maşınları yoxdur, iki günə gələ bilərlər. Uşaqlarımız, özümüz suyun içində qalmışıq".

 

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Tarix: 10 Dekabr 2025, 14:53   
Seçilən
18
1
pravda.az

2Mənbələr