Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 164E ünvanında kanalizasiya xətti tutulduğu üçün fərdi yaşayış evlərinə çirkab suları yığılıb. Bununla bağlı Oxu.Az-a sakinlər müraciət ediblər.
Â
Onların sözlərinə görə, problem dünəndən müşahidə edilir:
Â
"Evlərin çoxunda bu vəziyyətdir. Suraxanı Sukanal İdarəsindən zənglərimizə cavab olaraq bildirilir ki, maşınları yoxdur, iki günə gələ bilərlər. Uşaqlarımız, özümüz suyun içində qalmışıq".
Â
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Tarix: 10 Dekabr 2025, 14:53Â Â Â