AZ

Azərbaycanlı hakim “Atalanta” – “Çelsi” oyununda

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş sabah Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Seçilən
94
8
msport.az

10Mənbələr